19 yaşadək futzalçılardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışındadır.
Fanat.az xəbər verir ki, Ağatahir Əzimovun komandası qonşu ölkəyə sentyabrın 4-dən 11-nə kimi Kazanda təşkil ediləcək MDB ölkələrinin 1-ci Oyunlarına hazırlıq məqsədi ilə yollanıb.
Qeyd edək ki, sözügedən turnirdə 10 komanda iştirak edəcək. U-19-un Tiflisə səfərini isə Azərbaycan Gənclər və İdman Nazirliyi təşkil edib. Toplanış iyulun 18-nə qədər davam edəcək. Hazırlıq çərçivəsində iki yoxlama görüşü nəzərdə tutulub. U-19 ayın 10-da və 12-də sınaq matçı keçirməyi planlaşdırır ki, rəqiblərdən biri adı hələlik açıqlanmayan Gürcüstan klubu, digəri qonşu ölkədən olan həmyaşıdları olmalıdır.