Futzal üzrə Çempionlar Liqasında çıxış edən "Araz" növbəti mərhələyə adlayıb.
Fanat.Az-ın məlumatına görə, bu, ən yaxşı qrup 2-cisi kimi mümkün olub. Qrupu 7 xalla 2-ci pillədə başa vuran Naxçıvan təmsilçisi digər 8 qrupda liderin ən yaxın izləyicilərindən daha yaxşı göstəriciyə malik olub.
Qeyd edək ki, əsas mərhələnin püşkü avqustun 30-da atılacaq. Oyunlar isə bu il oktyabrın 26-dan 31-dək keçiriləcək. Növbəti mərhələdə ilkin təsnifatdan yüksələn 9 iştirakçı və onlara qoşulacaq 23 komanda (cəmi 32) mübarizə aparacaq.
Mirağa