00:19 29.10.2021 565

"Şansımız bir qədər azalıb" - "Araz-Naxçıvan"ın qapıçısı

Futzal üzrə UEFA Çempionlar Liqasının bu gün keçirilmiş “Uraqan” – “Araz” (Naxçıvan) oyunu ilə bağlı Azərbaycan təmsilçisini meydana kapitan sarğısıyla çıxarmış Rövşən Hüseynli fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, qolkiper 1:2 hesabıyla uduzduqları matçdan sonra federasiyanın rəsmi saytına danışıb:
 
“Rəqib meydan amilindən maksimum istifadə etdi. Örtüyün sürüşkən olması özünü göstərdi. Dünənki məşq prosesində də bunu hiss etmişdik, amma adaptasiya dərhal alınmadı. Üstəlik, onlar azarkeş dəstəyindən də yararlandılar. Oyun planında bizdən dəfələrlə üstün deyildilər. Bizim heyətimizdə itkilər var idi. Rizvan Fərzəliyev, Xətai Bağırov illərdir ki, bu komandanın üzvüdür. Hər ikisi baş məşqçinin taktiki planda tələblərini yaxşı bilirdilər. Xüsusilə də 5 oyunçu ilə oynayan zaman Rizvanın yoxluğu hiss olunurdu. Məşqlər həm də bu futzalçıların üzərində qurulmuşdu. Yeni gələn oyunçuların taktiki tapşırıqları mənimsəməsi, standart vəziyyətlərin icrasını öyrənməsi müəyyən vaxt aparır.
 
“Uraqan”la oyunda öz oyunumuzu nümayiş etdirə bilmədik. Bir qədər zəif çıxış etdik, ötürmələrimizdə dəqiqlik, sürət çatmadı. İlk oyunlardakı nəticələrlə yekun haqda danışmaq olmaz. Şanslar bitməyib, sona qədər çox şey dəyişə bilər. Məsələn, bu gün hamımız Rumıniya çempionundan qələbə gözləyirdik, amma əksi ilə üzləşdik. Sadəcə, şansımız bir qədər azalıb. Sabah “Yunayted Qalats” ilə oyunda bugünkü səhvləri etməməliyik. Hər iki görüşümüzü qələbə ilə yekunlaşdırmalıyıq ki, sona qədər şansımız davam etsin”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

Facebookdan bizi izləməyi unutmayın.
X