Eşitməqüsurlu futzalçılardan ibarət Azərbaycan milli komandası final mərhələsi 2022-ci ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələsində çıxış edəcək.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 17-19 dekabr tarixlərində İsveçin Göteburq şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B qrupunda Çexiya, İsveç və Uels komandaları ilə mübarizə aparacaq.
Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
17 dekabr
Çexiya – Azərbaycan
18 dekabr
İsveç – Azərbaycan
19 dekabr
Azərbaycan - Uels