UEFA-ın Nəzarət, Etika və İntizam Komitəsi "Araz-Naxçıvan"ın futzalçısı Felipinyonu 5 oyunluq cəzalandırıb.
Fanat.Az xəbər verir ki, klubun vitse-prezidenti Mahmud Sadıqov bu haqda açıqlama verib.
Braziliyalı hücumçu Kosovonun "Ligeni" komandasına qarşı Çempionlar Liqasının əsas mərhələ oyununda rəqib futzalçılar - Arber Şkodra və Anton Uka ilə dava etdiyinə görə diskvalifikasiyaya məruz qalıb.
Üstəlik, insidentə görə Naxçıvan təmsilçisi 1000 avro cərimələnib. Sadıqov qərardan apellyasiya şikayəti verilməyəcəyini söyləyib (Report.az).
Qeyd edək ki, futzalçılar arasında əlbəyaxa dava 6:6 hesabı ilə başa çatmış görüşün sonuncu - 40-cı dəqiqəsində baş vermişdi.