Futzal üzrə AVRO-2022-nin bütün yarımfinalçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sonuncu bileti İspaniya yığması alıb.
Pireneylilər 1/4 final mərhələsində Slovakiya futzalçılarına qalib gəliblər – 5:1.
İspanlara qələbəni Migel Mellado və Raul Kamposun dublları və Serxio Lozanonun vurduğu daha bir qol gətirib. Nominal qonaqlardan isə Peter Serbin fərqlənib.
Yarımfinalda İspaniya Portuqaliya millisi ilə qarşılaşacaq. Digər yarımfinal cütlüyünü isə münasibətləri gərgin olan Ukrayna və Rusiyanın komandaları təşkil edəcək. Matçlar fevralın 4-də Amsterdamda keçiriləcək.