UEFA futzal üzrə Avro-2022-nin yarımfinalında baş tutan Ukrayna - Rusiya oyunu ilə bağlı araşdırma aparacaq.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat verilib.
Qurum matçda ukraynalı azarkeşlərin davranışına görə intizam araşdırması aparacaq.
"UEFA intizam reqlamentinin 31.4-cü maddəsinə uyğun olaraq, birlik futzal üzrə Avropa çempionatının yarımfinal mərhələsində Rusiya - Ukrayna matçını araşdırmaq üçün müfəttiş təyin edib", - məlumatda deyilir.
Yekun hökmü qurumun nəzarət, etika və intizam komitəsi verəcək.
Oyun zamanı tribunalardakı azarkeşlər Rusiya komandasına qarşı təhqiramiz və millətçi şüarlar səsləndiriblər.
Rusiya yığması Avropa çempionatının yarımfinalında Ukraynadan güclü olub - 3:2. Baxmayaraq, matçın bitməsinə bir dəqiqə qalmış Ukrayna hesabı bərabərləşdirmək şansı əldə etsə də, rusiyalı qapıçı penaltini dəf edib.
Turnirin nəticəsinə görə Rusiya komandası Avro-2022-nin ikincisi olub. Ukrayna yığması 3-cü yer uğrunda İspaniyaya uduzaraq, fəxri kürsünün bir addımlığında dayanıb. Portuqa millisi Avropa çempionatının qalibi olub.
Mirağa