Bu gün Yüksək Liqada 14-cü turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, turun bütün görüşləri "Olimpik Star"da baş tutacaq.
Beləliklə, 2022-ci ildə ilk dəfə Yüksək Liqanın oyunları Bakı İdman Sarayında yox, sözügedən kompleksdə keçiriləcək. Sonuncu dəfə dekabrda "Olimpik Star"da çempionatın 11-ci turunun oyunları baş tutmuşdu.
Alyans (Lənkəran) – Araz-Naxçıvan
1 mart. Olimpik Star. Saat 12:00
Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Vüsal Balaşov
Hakim-inspektor: Azər Əsgərov
Record club.az – EKOL
1 mart. Olimpik Star. Saat 14:00
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Elgün Hüseynov
Hakim-inspektor: Azad Hüseynov
Baku Fire – U-19
1 mart. Olimpik Star. Saat 16:00
Hakimlər: Rza Məmmədov, Nail Nağıyev, Hüseyn Əsgərov
Hakim-inspektor: Ramiz Əsədov
Neftçi İK – Xilə
1 mart. Olimpik Star. Saat 18:00
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Nahid Xasıyev
Hakim-inspektor: Füzuli Nəcəfov