Futzal üzrə Azərbaycan millisinin aprel ayında keirməyi planlaşdırdığı təlim-məşq toplanışı ləğv olunub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Joze Alesio da Silvanın istəyinə uyğun olaraq, aprelin 7-18-a aralığında Bakıda hazırlıq planlaşdırılıb. O arada milli Qazaxıstanla qüvvəsini sınamalı idi.
Ancaq Qazaxıstan Futbol Federasiyasında baş verən rəhbər dəyişikliyindən sonra orta asiyalıların planlarında dəyişiklik olub. Qarşı tərəf Bakıya gələ bilməyəcəyi barədə bizimkilərə məlumat verib.
Beləliklə, milli komandalar arasındakı görüş ləğv edildiyindən, Yüksək Liqada aprelin 15-nə tur salınıb.
Mirağa