Azərbaycan Futzal Federasiyası növbəti mövsüm üçün transfer pəncərəsinin vaxtını elan edib.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yay transfer dövrü sabahdan - avqustun 10-dan başlayacaq.
Yüksək, birinci və ikinci liqalarda iştirak edən komandalar oktyabrın 1-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, futzal üzrə Yüksək Liqada 2022/2023 mövsümünə sentyabrın 26-da start veriləcək.