Gələn həftə futzal üzrə bütün liqaların püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, tədbir sentybarın 13-də, saat 12:00-da Bakı İdman Sarayının Mətbuat konfransı otağında reallaşacaq.
Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə iştirak üçün 6 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Rekord club az”, “Alyans” FK (Lənkəran) və U-19 - qeydiyyatdan keçib.
Yarışa sentyabrın 26-da start veriləcək.