Futzal üzrə Azərbaycan millisinin Afinada Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas mərhələ oyununu idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüş İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
Matçın əsas hakimi Ademir Avdiçə David Qlavonyiç və Georgi Yansizian köməklik göstərəcək.
Ədalət təmsilçilərinin işinə sloveniyalı hakim-inspektoru Vilvo Boroşak qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə niderlandlı Artur Admiral olacaq.
Oktyabrın 11-də oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.