Futzal üzrə Azərbaycan millisi bu gün ilk oyununa çıxır.
Fanat.Az xəbər verir ki, dünya çempionatının əsas mərhələsinin 6-cı qrupunda yarışan yığma Bakı İdman Sarayında Polşa futzalçıları ilə qarşılaşacaq.
Matç saat 20:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
DÇ-2024
Əsas mərhələ, 6-cı qrup
2:00. Azərbaycan – Polşa
7 oktyabr. Bakı İdman Sarayı.
Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan)
Timekeeper: Rza Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Sven Eikler (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)