Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi səfərə yollanıb.
Fanat.Az xəbər verir ki, yığma gecə saatlarında Bakı-İstanbul-Afina hava reysi ilə yola düşüb.
Millinin səfərə 14 futzalçı ilə gedib:
Rövşən Hüseynli – Araz Naxçıvan
Emin Kürdov – Neftçi İK
Xətai Bağırov – Beşiktaş Gent (Belçika)
Conatas Felipe “Felipinyo” – Araz Naxçıvan
Xəzər Ağalızadə – Araz Naxçıvan
Amir Şocaei – Bayterek (Qazaxıstan)
Hadi Ahmadi – Bayterek (Qazaxıstan)
Amadeu – Marreko (Braziliya)
Rafael Vilela – Kayrat (Qazaxıstan)
Everton Kardozo “Qalo” – Bintang Timur (İndoneziya)
Oktay Rüstəmli – Araz Naxçıvan
Fineo de Arauxo – Sportinq Paris (Fransa)
Tyaqo Bolinya – Sportinq Paris (Fransa)
İsa Atayev – Beşiktaş Gent (Belçika)
Qeyd edək ki, sabah Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu saat 19:00-da baş tutacaq. UEFA qarşılaşmanı İsveçdən olan hakimlər briqadasına tapşırıb.
DÇ-2024
Əsas mərhələ, 6-cı qrup
Yunanıstan – Azərbaycan
11 oktyabr. Afina. Teodoros-Putos İdman zalı. Saat 19:00
Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian (İsveç)
Hakim-inspektor: Vilvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Artur Admiral (Niderland)