Yüksək Liqada IV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, “Olimpik Star”da baş tutan turun mərkəzi oyununda “Record club” və “Baku Fire” qarşılaşıb. Əsas rəqibi məğlub edən “Baku Fire” turnir cədvəlində bir pillə irəliləyib.
Digər oyunda "Alyans"la U-19 üz-üzə gəlib. Ağatahir Əzimovun başçılıq etdiyi 19 yaşlılar məğlubiyyətdən qaça bilməyib. Bu, “Alyans”ın cari mövsümdə ilk qələbəsi olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” Qazaxıstanın “Kayrat” klubuyla Bakıda yoldaşlıq oyunları keçirəcəyinə görə, “Neftçi” İK ilə görüş qeyri-müəyyən vaxta təxirə salınıb.
Alyans (Lənkəran) – U-19 5:4
Qollar: Mojtaba Asadi, 11:31, Tural Lətifov, 16:46, 18:13, 23:32, Fərid Abbasov, 35:50-öz qapısına - Elşən Mahmudov, 3:04, Şahbaz Həndəmli, 34:43, 36:00, 37:22
Record club – Baku Fire 1:4
Qollar: Matin Qahramani, 18:05 - Sorouş Heydari, 10:03, 23:12, 32:06, Elvin Quliyev, 39:36