20:26 01.11.2022 675

\"Araz-Naxçıvan\"dan növbəti biabırçı nəticə - İlqar Tağıyev yazır

"Araz-Naxçıvan" növbəti mərhələdə", "Futzalçılarımızdan möhtəşəm qələbə", "Təmsilçimiz Çempionlar Liqasının final mərhələsində"... Bu tip sərlövhəli xəbərlərə deyəsən, çoxdandır rast gəlmirik. Deyəsən yox, dəqiq. Bir vaxtlar Avropada "at oynadan" "Araz-Naxçıvan" indi sıradan komandalara məğlub olan sıradan komandaya çevrilib.

Ötən həftə futzal üzrə Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirildi. Buna ilkin mərhələ də demək olar. Çempionumuz "Araz-Naxçıvan" 5-ci qrupda Serbiyanın "Loznika", İsveçin "Orebro" və Bosniya və Hersoqovinanın "Mostar" komandaları ilə rəqib idi. Elit mərhələyə yüksəlməyi hədəfləyən Joze Alesio da Silvanın komandası nəinki istəyinə çatdı, ümumiyyətlə, hər 3 oyunda məğlub olaraq turnir cədvəlində hamıya aşağıdan yuxarı baxmağa məcbur oldu. Əvvəldən növbəti mərhələyə 1 komandanın çıxacağı  və bu üzdən təmsilçimizin xal itirəcəyi halda çətin vəziyyətə düşəcəyi məlum idi. Təəssüf ki, elə ilk oyundaca isveçlilərə 2:5 hesabilə məğlub olan "Araz-Naxçıvan" türklər demiş, şansını zorladı. "Loznika"ya 1:4 hesabı ilə məğlubiyyət isə həmin şansı bu dəfə özümüz demiş... Ümid etmək olardı ki, qrupun son oyununda prestij üçün qələbə olacaq. Gəl ki, bu dəfə də yenilgi...

"Araz-Naxçıvan"ın belə məyusedici çıxışının səbəbləri nə idi? Bir az əvvələ qayıdaq. Hələ ilk məğlubiyyətdən sonra komandanın baş məşqçisi bəxtlərinin gətirmədiyini söyləmişdi: "Buraxdığımız 5 qoldan ikisini 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Müdafiədə çox səhvimiz oldu. Qol epizodları da yaratdıq, amma reallaşdıra bilmədik. Belədə bu cür nəticədən qaçmaq mümkün deyil". İkinci yenilgidən sonra isə o, "Statistikaya baxdıq, köməkçi məşqçi 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu gostərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq", - deyə bəhanə gətirmişdi. Alesio unudurdu ki, tarixdə nəticə qalır, statistika yox. Əgər komandan 67 epizodun cəmi birini qola çevirə bilirsə, deməli, hazırlıq prosesini düzgün aparmamısan, taktiki və texniki problemlər var, komandanı yaxşı formalaşdıra bilməmisən və s. Fikrimcə, avqustdan hazırlıqlara başlayan istənilən komanda 2 aydan çox müddətdə bütün çatışmazlıqları aradan qaldırmağa borclu idi. İllah da, heyətində kifayət qədər səviyyəli legioner ola-ola. Legionerlərdən söz düşmüşkən, oyunun protokollarına fikir versək, komandamız turnirə 8 əcnəbi ilə yollanmışdı. Yerlilərin sayı isə 4 idi. Rəqiblərin heyətində də legionerlər var idi. Amma bizdən 2-3 dəfə az. Əksəriyyət yerli futzalçılar idi. Demək ki, söhbət "import olunmuş material"dan getmir, ondan keyfiyyətli məhsul hazırlamağı bacaran ustadan gedir.

Ümumiyyətlə, son bir neçə mövsümə fikir versək, "Araz-Naxçıvan" ÇL-nın ilkin mərhələsində ilişib qalır. Artıq bu, sanki ənənə halını alıb. Sonuncu dəfə 2016/17-ci illər mövsümündə qrup məlhələsini adlaya bilib. Əksər hallarda heyətində Alesionun gətirdiyi legionerlərlə çıxış etməsinə rəğmən, kimsə baş məşqçinin uğursuzluqları fonunda ondan hesabat tələb etmir, gözünün üstündə qaşı olduğunu demir.

Bir neçə kəlmə də yerli futzalçılardan. Bu ilə kimi komandanın heyətində təcrübəli yerli futzalçılar var idi - Rizvan Fərzəliyev, Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov və Ramiz Çovdarov. Adları sadalananlardan yalnız sonuncu hazırda komandadadır. Digər dordlük müxtəlif səbəblərdən "Araz-Naxçıvan"dan ayrılıb. Rizvan fudzalla vidalaşıb, İsa ilə Xətai Belçikada, Rövşən isə Qazaxıstanda karyerasını davam etdirir. Hamısının da Alesio ilə münasibətlərində problem var idi. Zaman göstərdi ki, onların yerinə gətirilən legionerlərin səviyyələri daha aşağıdı. O halda kimə və nəyə lazım idi həmin futzalçılar?

Maraqlıdır, klubdakı ardıcıl uğursuzluqlara baxmayaraq, braziliyalı komandanın başındadır. Doğrudur, Bosniya və Hersoqovinadakı biabırçılıqdan sonra mətbuatda onun göndəriləcəyi barədə xəbərlər yer alır. Amma bu, baş verməyə də bilər. Çünki məlum olduğu kimi Alesio həm də millimizin baş məşqçisidir. Və komandamız son illər elə "Araz-Naxçıvan" kimi oynayır. Millimiz Avropa çempionatının qrup mərhələsində qrup lideridir. Görünür, məhz buna görə Alesioya güzəşt edilir. Gələn ilin martında Polşa ilə səfərdəki həlledici oyunda uğursuzluq baş verəcəyi təqdirdə Alesionun gedişinə hansısa səbəb qalmayacaq. Bəlkə də qalmasına elə bir səbəb var ki, biz bilmirik?

Yeri gəlmişkən, "Araz-Naxçıvan"da olduğu kimi millidə də əcnəbilərdən boluq. Heyətin yarıdan çoxu milliləşdirilmiş əcnəbilərdir. Özü də demək olar ki, hamısı qürbətdə çıxış edir. Onların millinin oyunlarına gəlib-getmələri, qalmaları filan qədər xərc tələb edir. Bu qədər xərcin qarşılığında qrupda qalmaq... Hər halda "Nə tez unutdunuz..." sərlövhəli yazımda qeyd etdiyim kimi, Azərbaycanda Alesionu "Araz-Naxçıvan"da da, millidə də əvəzləyəcək kifayət qədər bacarıqlı məşqçilərimiz var. Kimlərdir? Federasiya rəhbərliyi bilməmiş olmaz. Bəlkə martı gözləməyəsiniz, cənablar! Əks təqdirdə yazının girişində göstərdiyim sərlövhələrə hələ çox tamarzı qalacağıq.

İlqar Tağıyev, 525-ci qəzet

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

phrase_var_core.fb
X