Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələn sərbəst güləş üzrə Azərbaycan yığmasının kapitanı Hacı Əliyev (70 kq) çıxışını şərh edib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı üçqat dünya və üçqat Avropa çempionu bunları söyləyib:
“Bu, mənim bu il ikinci turnirimdir. Məşqçilər qərar verdilər ki, dünya çempionatı üçün 65 kq çəki dərəcəsinə keçim. Fikirləşdik ki, Avropa çempionatı və digər turnirlər üçün çəki azaltmaq o qədər də vacib deyil. Düşünürəm, 70 kq-da da yaxşı çıxış edirəm. Rəqiblər fiziki cəhətdən çox güclüdürlər və adətən 4-5 kiloqram çəki salmalı olurlar. Mən texnikaya önəm verərək güləşmək qərarına gəldim".
Qeyd edək ki, H.Əliyev bu gün baş tutacaq finalda Bolqarıstan təmsilçisi Ramazan Ramazanovla üz-üzə gələcək.