"Komandamız qitə birinciliyində uğurlu çıxış etdi. Bundan sonra bütün diqqətimizi sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yönəldəcəyik".
Fanat.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bunu Xorvatiyada keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medalla komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandansının baş məşqçisi Aleksandr Tarakanov deyib.
Rusiyalı çalışdırıcının açıqlamasını diqqətinizə çatdırırıq:
“Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Zaqrebdə keçirilən Reytinq turnirindən sonra ölkə xaricində 2 təlim-məşq toplanışı keçdik. Xorvatiyada və Gürcüstanda hazırlıq prosesində iştirak etdik. Komandamız qitə birinciliyində uğurlu çıxış etdi. Bundan sonra bütün diqqətimizi sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yönəldəcəyik. Federasiya rəhbərliyi beynəlxalq arenalarda uğurlu çıxış etməyimiz üçün lazım olan bütün şəraiti yaradır”.