23:43 05.08.2024 652

Paris-2024: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı kubalı 4 qat olimpiya və 5 qat dünya çempionu Mixain Lopes Nunyeslə üz-üzə gəlib.

Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.

Qeyd edək ki, təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X