İordaniyanın paytaxtı Ammanda keçirilən güləş üzrə U-17 dünya çempionatına bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mundialın son günündə sərbəst güləşçilər axırıncı 5 dəst medalın sahibini müəyyənləşdirəcəklər.
Azərbaycan millisinin 2 idmançısı da mükafat uğrunda gücünü yoxlayacaq.
Yarımfinalda məğlub olan Rəvan Həsənzadə bürünc medal uğrunda görüşdə rəqibini gözləyir. O, Leon Manov (Şimali Makedoniya) – Bekzat Amangeldi (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Hüseyn İsmayılov isə çempionluq döyüşünə çıxacaq. Güləşçimiz finalda qırğızıstanlı Omurbek Asan Uulu ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Hüseyn Hüseynov (55 kq) və Muxamad Qantemirov (110 kq) ötən gün öncə bürünc medal qazanıb.