Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Regionlar üzrə əlaqələndirici Elfaq Səfərov "Qəbələ" İdman Klubunun güləş bölməsində yaradılan şəraitlə tanış olmaq üçün Qəbələ şəhərinə səfər ediblər.
Fanat.Az AGF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rəsmilər məşqçilərlə görüşərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və idmançılara öz tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, “Qəbələ” İdman Klubunda məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.