Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri xalçaya çıxacaqlar.
Azərbaycanın 5 klassiki medal uğrunda güləşəcək. Yunan-Roma güləşində 60 kq çəki dərəcəsində Nihat Quluzadə ilk mərhələdə Yasuhito Mori (Yaponiya) ilə qarşılaşacaq.
67 kq-da təsnifat mərhələsində Fərid Xəlilovun rəqibi Niklas Yan Olov (İsveç) olacaq.
72 kq çəki dərəcəsində güləşəcək Ruslan Nurullayev startda neytral bayraq altında çıxış edən İlya Valevskini sınağa çəkəcək.
Elmin Əliyev (82 kq) 1/8 finalda Daizo Tanizaki (Yaponiya) – İslam Əliyev (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Nəhayət, 97 kq-da Murad Əhmədiyev ilk qarşılaşmasında Yuriy Dorohandan (Ukrayna) güclü olmağa çalışacaq.
Qeyd edək ki, dünya çempionatında oktyabrın 27-də yekun vurulacaq.