Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışıb:
"Məni dəstəkləyən və qələbəmə sevinən hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bundan sonra da yarışlara yüksək əzmlə hazırlaşıb yeni tarixlər yazmağa çalışacam. Məqsədim hər zaman Azərbaycanın şanlı bayrağını yüksəklərə qaldırmaqdır. Daha böyük yarışlarım və uğurlarım irəlidədir. İnşallah, mənim qazandığım dünya çempionluğu digər qadın güləşçilərimizin də yolunu açacaq".
Qeyd edək ki, 57 kq çəki dərəcəsində döşək üzərinə çıxan Əliyeva finalda yaponiyalı Ruka Natamini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.