23:11 08.02.2025 466

Zaqrebdə daha 2 medal

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turniri yekunlaşmaq üzrədir.

Fanat.Az xəbər verir ki, bu gün daha 7 güləşçimiz “Zaqreb Open”də mübarizə aparıb.

Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan Əliyeva gümüş medalla kifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda Stepanovla bacarmayıb – 0:4. Sergey finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. İslam axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən Abbasov geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahib çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Oktyabr 2026
23:58

"Real Madrid" onun üçün 200 milyon ödəyəcək?

23:11

"Liverpul"un kapitanı karyerasını İtaliyada davam etdirəcək?

22:57

"Barselona"dan şok həmlə

22:09

Azərbaycan millisinin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşdi

21:36

"Futbolçularıma Premyer Liqa komandasına göstərdikləri müqavimətə görə təşəkkür edirəm"

21:07

ABL: "Sumqayıt" NTD kollektivini məğlub etdi

20:39

Donnarumma "Real Madrid"ə keçid edəcək?

20:11

Azərbaycan üzgüçülərindən "İpək Yolu" Dünya Kubokunda yeni rekordlar

19:48

"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək

19:03

"Kəpəz" "Gəncəbasar"la sınaq matçına çıxdı

18:39

MOİK "Xankəndi" ilə üz-üzə gəldi

18:11

Azərbaycan millisinin heyətində dəyişiklik edildi

17:44

"Neftçi" "Araz-Naxçıvan"ı məğlub etdi

17:20

Benzema "Mançester Yunayted"ə təklif edildi

17:01

Kyeza A Seriyasına qayıdır

16:42

Premyer Liqanın top klubları "Qalatasaray"ın ulduzunu istəyir

16:23

"Aerowingo"dan "Neftçi" azarkeşlərinə İstanbul bileti!

16:05

"Arsenal" "Real Madrid"in sabiq forvardını istəyir

15:46

"Zaqatala"nın baş məşqçisi lideri məğlub edəcəklərinə inanır - AÇIQLAMA

15:27

Lukakunun Türkiyə ilə matçda iştirakı sual altındadır

15:09

İngiltərə nəhənglərinin hədəfi "Benfika"nın müdafiəçisidir

14:51

İşlər çətinləşsə də, hər şey millinin öz əlindədir

14:33

Azərbaycanı beynəlxalq turnirdə 4 idmançı təmsil edəcək

14:15

Azərbaycanın U-19 millisi "Kəpəz"in əsas komandası ilə də məhsuldar bərabərliyə razılaşdı

13:58

Messi "qırmızı-göylər"in prezidenti oldu

13:40

Cavadovu "8 nömrə"nin yoxluğu qayğılandırır

13:21

Azərbaycan - Litva matçının hakimləri açıqlandı

13:02

"Turan Tovuz" - "Fənərbağça" oyununa nə qədər bilet satıldığı bilindi - SON DURUM

12:43

"Komandanı ruhlandırmaq vacibdir" - Vaqif Sadıqov

12:24

2-ci Liqa: 6-cı turun təyinatları bilindi

12:06

"Səbail" 5 qolla qalib gəldi

11:47

Müller karyerası ilə bağlı qərarını verdi

11:29

Tyerri Anri Zidanın təyinatı ilə bağlı: "Tanrı gəldi"

11:10

"Real Madrid" müdafiə xəttinə onu gətirməyi düşünür

10:51

Orayli İngiltərə millisindən ayrıldı

10:30

"Litva ilə oyun həlledici olacaq" - Arif Əsədov

10:09

ABL: NTD "Sumqayıt" ilə qarşılaşır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Millətlər Liqası: Fransanın İtaliya sınağı, Türkiyə Belçika səfərində

09:00

"Kəpəz"lə görüşdə həm çox yaxşı oyun göstərməyə, həm də nəticə qazanmağa çalışacağıq" - "Gəncəbasar"ın futbolçusu

Facebookdan bizi izləməyi unutmayın.
X