Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan Osman finalda Bolqarıstan təmsilçisi Dauren Kuruqluyevə (4:5) yenilib.
Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) "bürünc" alıblar.