Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, o, yarışın finalında rusiyalı Emin Seferşayevə uduzub.
Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə Avropa çempionatında qızıl mükafat qazanıb.
Bu gün Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar.