Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, təcrübəli idmançı belə danışıb:
“Çempion olacağımı düşünürdüm. Amma bəzən düşündüklərin olmur. Finalda taktiki səhv ucbatından uduzdum. Güləşdir, hər an hər şey mümkündür. Ruhdan düşmürən, qarşıda dünya çempionatı var. Çalışacağam buraxdığım səhvi təkrarlamayım”.
Qeyd edək ki, Eldəniz Əzizli finalda rusiyalı Emin Seferşayevə (UWW) uduzaraq ikinci olub.