Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub.
Fanat.Az xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komanda 151 xalla Avropanın ən güclüsü ünvanına sahib çıxıb.
Bu, millimizin 2-ci Avropa çempionluğu olub.
Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, daha öncə Azərbaycanın sərbəst güləş yığması da Avropa çempionu olub.