14:33 17.04.2025 178

AGF prezidenti Avropa çempionatında uğur qazanmış güləşçilərlə görüşdü

Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləş üzrə milli komandaların üzvləri, məşqçiləri və Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri ilə görüş keçirilib.

Fanat.Az xəbər verir ki, məlumatı AGF-nin mətbuat xidməti yayıb. 

Görüşdə qurumun baş katibi Nəsimi Musayev, İcraiyyə komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov, yunan-Roma güləşi üzrə baş məşqçi Aleksandr Tarakanov, sərbəst güləş üzrə baş məşqçi Xetaq Qazyumov, qadın güləşi üzrə baş məşqçi əvəzi Toğrul Əsgərov, federasiyanın qadın güləşi üzrə koordinatoru Mariya Stadnik və yığmaların bir neçə üzvü qazanılan uğurlar barədə təəssüratlarını bölüşərək yeni yarışlara hazırlıq planları ilə bağlı məlumat veriblər. Bildirilib ki, dövlət rəhbərliyi səviyyəsində güləşin inkişafına hərtərəfli dəstək göstərilir. Bu ildən etibarən müxtəlif yaş kateqoriyaları üzrə ölkə çempionatları bölgələrdə təşkil olunur, Bakıda və regionlarda güləş zallarının intensiv şəkildə yenidən qurulması və inventarla təminatı həyata keçirilir. Bu isə güləşə kütləvi marağın artmasına təkan verir.

Görüşdə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Prezident İlham Əliyevin möhtəşəm qələbə münasibətilə güləşçilərə təbriklərini çatdırıb, uğurların davamlı olmasını arzulayıb. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə idmanın inkişafına hərtərəfli şərait yaradılıb: “Bu isə idmançılarımıza, o cümlədən, güləşçilərə yüksək nəticələrə nail olmağa böyük stimul verir. Sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın Avropa çempionu olması Azərbaycan güləşinin dünya səviyyəsində yüksək mövqeyini bir daha təsdiq edir”.

Qeyd olunub ki, ölkədə güləşin populyarlığı və bu idman növü ilə məşğul olanların sayı ildən-ilə artır, milli komandalarımızda daha çox istedadlı gəncin təmsil olunmasına imkan yaranır. Müxtəlif yaş qrupları üzrə Avropa və dünya çempionatlarında qazanılan uğurların milli komandaların güclü və geniştərkibli bazaya sahib olduğunu göstərdiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Slovakiyada keçirilmiş güləş üzrə Avropa çempionatında idmançılarımız ümumilikdə 4 qızıl, 2 gümüş, 7 bürünc medal qazanaraq, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yeri tutublar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X