18:50 20.05.2025 561

"Bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik" - Həsrət Məmmədyarov

Azərbaycanın qadın güləşi üzrə U-17 millisinin böyük məşqçisi Həsrət Məmmədyarov ölkə çempionatı, Türkiyədə hər il keçirilən “Zəfər Kuboku" və qarşıdakı planlardan danışıb.

Fanat.Az-ın məlumatına görə, mütəxəssis Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

– İlk dəfə Astarada keçirilən qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi haqqında təəssüratlarınız necədir?

– Sözsüz, bu yarışın gələcəkdə idmançılarımıza çox böyük xeyri dəyə bilər. Əvvəllər ordan-burdan 1-2 qız tapırdıq. Amma indi güləşlə məşğul olan qızların sayı çoxdur. Bu sayın mütəmadi olaraq artması və uşaqların inkişafı biz məşqçilərdən asılıdır.

– Ölkə birinciliyindən sonra Türkiyədə hər il keçirilən “Zəfər kuboku” turnirində iştirak etdiniz. Ancaq medal olmadı…

– Türkiyədə keçirilən yarış haqqında onu deyə bilərəm ki, mən ora ölkə birinciliyinin qaliblərini aparmışdım. Astarada 40 kq-da yarış olmamışdı. Bu çəkidə yeganə idmançımız olan Günel Quliyevi apardım, yoxladım. Ən çox ümid bəslədiyimiz güləşçilər Nəzrin Əhmədli, Esra Məmmədli və Fatimə Bayramova idi. Onların üçü də zədəliydi. Yarışda sınadım ki, görüm ayyarımdan sonra Avropa çempionatında necə güləşəcəklər. Normal qiymətləndirə bilərəm. Bəziləri öz kateqoriyasında yox, bir çəki yuxarı güləşdi. İlk dəfə beynəlxalq yarışa çıxan qızlarımız da oldu. Təcrübə qazanmaları üçün bu turnirdə iştirak çox vacib idi. Etiraf edək ki, bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik. Fikrimcə, ölkədə qız güləşçilərin sayı artdıqca keyfiyyət də artacaq.

– İyunda keçiriləcək U17 və U15 Avropa çempionatlarına hazırlıq necə gedir?

– Federasiya rəhbərliyinə təşəkkür edirəm ki, yüksək səviyyədə hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Hal-hazırda Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındayıq. Gözəl məşqlərimiz keçir. Gündə 3 məşqimiz olur. Qadın güləşi üzrə koordinator Mariya Stadnik də bizimlədir. Demək olar ki, o da bizim bir məşqçimizdir. Hər şeydə kömək edir, məsləhət verir, birgə işləyirik. Əhval-ruhiyyəmiz də əladır. Belə toplanışlar çox olarsa, əminəm ki, gələcəkdə qadın güləşində çox böyük irəliləyiş olacaq.

– Avropa çempionatında hansı nəticəyə ümid edirsiniz?

İndi böyüklər və gənclərdən ibarət komandamız Qubada hazırlıq prosesi keçir. Məşqçilər korpusu olaraq bir araya gəlib, AÇ üçün yekun heyəti müəyyənləşdirəcəyik. Vətənə medallarla qayıtmaq istəyirik. Bəzi güclü güləşçilərimizin U20 yaş qrupuna keçməsi heyətimizi bir qədər zəiflətdi. Ötənilki heyətdən 2-3 nəfər qalıb. Onlara yeni simalar qoşulub. İnanıram ki, gələcəkdə əvvəlkindən də güclü nailiyyətlərə nail ola bilərik.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X