Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Xalçaya çıxan Azərbaycan millisinin 5 idmançısından 3-ü yarımfinala vəsiqə qazanıb.
Yunan-Roma güləşində 48 kq çəkidə Qurban Məcnunov debütdə macarıstanlı Qerqo Zatkoya (11:2) və türkiyəli Barış Soyluya (6:1) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Martin Manjikyanla güləşəcək.
80 kq çəkidə Nicat Yeylaqaliyev çexiyalı Jaçim Jaburekə (8:0), yunanıstanlı Stefanos Vasdekisə (6:1) və gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda litvalı Benediktas Bubeleviçyusla qarşılaşacaq.
Rihad İbrahimli (110 kq) belaruslu Matvey Silişə (5:1) və polşalı Mateuş Tomelkaya (11:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda ukraynalı Anatoli Novaçenkoyla üz-üzə gələcək.
Ayxan Əsədli (55 kq) və Ramil Musayev (65 kq) isə mübarizəni dayandırıblar.
Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyur.