Qadın güləşi üzrə millimiz ölkə xaricində təlim-məşq toplanışına başlayıb.
Fanat.Az xəbər verir ki, komandamız Türkiyənin Niğdə şəhərində yerli yığma ilə birgə məşqlərə start verib.
İyunun 25-dək davam edəcək hazırlıq prosesinə Qazaxıstan və Qırğızıstan millilərinin də qoşulması gözlənilir.
Qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova və Birgül Soltanova (hər ikisi 62 kq) yer alıb.
Qeyd edək ki, toplanış bitdikdən sonra Günay və Ruzanna U-20 Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Kaorle şəhərinə yollanacaq. Digər güləşçilər isə Türkiyənin Kocaeli şəhərində keçiriləcək Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində iştirak edəcək.