Azərbaycanın çimərlik güləşi üzrə milli komandası sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq. Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti yayıb. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qum üzərində dünyanın ən güclüsü titulu uğrunda yarışacaqlar. Final seriyasından sonra daha öncə keçirilmiş mərhələlərdə əldə edilən xallar toplanacaq və hər çəkidə ən çox xala sahib güləşçi dünya çempionu ünvanına sahib çıxacaq. Qeyd edək ki, yarışda ədaləti I-S dərəcəli azərbaycanlı hakim Asif Şirəliyev qoruyacaq.
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
TREND
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Tv Afişa
09:00
10.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA