Fransada çimərlik güləşi üzrə Dünya Seriyasına start verilib.
Fanat.Az Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Sen-Loran-dü-Var şəhərində keçirilən birinci mərhələdə ölkəmizi 3 güləşçi təmsil edir.
Mahal Novruzov, Rübair İbrahimli (hər ikisi 70 kq) və Orxan Abasov (90 kq) qrup mərhələsində start veriləcək.
Qeyd edək ki, iki gün davam edəcək yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür: