16:27 25.08.2021 6841

İki ermənini yenən 18 yaşlı dünya çempionumuz: \"Gözümün qarşısına...\"

Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə gənclərin dünya çempionatında Azərbaycana yeganə qızıl medalı qazandıran Həsrət Cəfərov Fanat.Az-a müsahibə verib. 67 kiloqram çəki dərəcəsində yarışan 18 yaşlı yunan-Roma güləşçisi mundialdakı çıxışından, erməni rəqiblərlə görüşdə hiss etdiklərindən və əlindən çıxan Tokio 2020 imkanından danışıb. 

- Sizi yaxından tanıyaq.

- 5 oktyabr 2002-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuşam. Güləşdə ilk addımlarımı da kəndimizdə atmışam. Böyük qardaşıma baxıb güləşə həvəslənmişəm. 7-ci sinifdən isə Bakıya - Respublika Olimpiya İdman Liseyinə gəlmişəm.

- Dünya çempionatına qədər Avropa birinciliyində qalib olmuşdunuz. İl ərzində belə uğurlu çıxışınızın sirri nədir?

- Pandemiya vaxtı heç bir yarış olmasa da, intensiv məşqlər keçmişdik. Demək olar, dayanmamışdıq. Həsən müəllim (red: yunan-Roma güləşi üzrə böyüklərdən ibarət millimizin məşqçisi Həsən Əliyevi nəzərdə tutur) məni öz nəzarətinə götürdü. Onun fərdi məşqləri mənə çox yaxşı təsir etdi.

- Dünya çempionatının final görüşünə özünüzə çox əmin, bir qədər də emosional şəkildə çıxdınız. Bu, qarşınızdakı rəqibin erməni olmasına görə idi?

- Dünya çempionatında bütün görüşlərə elə gəlmişdim. Özümə güvənirdim. Bu, həm də qarşımdakı rəqibə psixoloji təsir məqsədi daşıyırdı. Ümumiyyətlə, Həsən Əliyev məni psixoloji cəhətdən yarışa çox yaxşı hazırlamışdı. Tez-tez təkrarlayırdı ki, sən böyüklərin yarışında güləşəsi adamsan, gənclərin turniri sənin üçün heç nədir  Deyirdi, "qızıl"sız gəlmə, gümüş, bürünc medal nə sənə lazımdır, nə mənə. Həsən müəllim həmişə deyir ki, imkan verməyəcəyəm sən mənim buraxdığım səhvləri edəsən.

- Məlumdur ki, ermənilərlə görüşlərdə yerli idmançıların üzərində psixoloji təzyiq olur. Siz isə yarış ərzində iki erməni əsilli güləşçi ilə üz-üzə gəldiniz. Bu məqama necə yanaşırdınız?

- Gözümün qarşısına Qarabağ müharibələri, orada şəhid olan həmvətənlərimiz gəldi. Nə qədər "bu, idmandır" desək də, qarşındakı ermənidirsə, istər-istəməz məsuliyyət ağır olur. Ancaq mən hər ikisini udacağıma əmin idim. Təbii ki, onlar üzərində qələbə qazanmağım çempionluğumun dəyərini daha da artırır.

- Sizin çəki dərəcəsində böyüklərdən ibarət yığmada  boşluq var. İki ay sonra isə dünya çempionatı olacaq. Oslodakı mundialda iştirakınız mümkündür?

- Dünya çempionatından əvvəl I MDB Oyunları var. Orada da hədəfim ancaq qızıl medaldır. İnşallah, ondan sonra məqsəd böyüklərin dünya çempionatıdır. Ora da böyük ehtimalla mən gedəcəyəm. Əslində, Tokio-2020 Olimpiya Oyunlarında da iştirak edə bilərdim. Avropa Təsnifat yarışından öncə İslambek Dadovla aramızda yoxlama görüşü olmuşdu. Mən o vaxt 67 kiloqram çəki dərəcəsinə yeni keçsəm də, onun üzərində qələbə qazanmışdım. Sadəcə, artıq gec idi, yarışa çox az qalmışdı. Dünya Təsnifat turnirinə isə titullu güləşçimiz Rəsul Çunayev gedəsi oldu.

- Çunayev Dünya Təsnifatda sonradan Olimpiya Oyunlarının gümüş mükafatçısı olan Azərbaycan əsilli Ukrayna güləşçisi Pərviz Nəsibova uduzmuşdu. Sizə görə, həmin idmançı keçiləsi rəqibdir?

- Deyə bilmərəm ki, Olimpiya Oyunlarından medal gətirərdim. Ancaq lisenziya alardım. Bu yaşda Olimpiada ab-havasını duymaq gələcək karyerama da yaxşı təsir edərdi. Pərvizə gəldikdə, əzmkar güləşçidir, amma elə bir xüsusi gücə, bacarığa sahib olduğunu düşünmürəm. Məncə, keçmək olardı.

Sahib Əsədbəyli
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X