11:41 05.11.2021 401

Dünya çempionatında üç medal qazanan "klassiklər"imiz Bakıya döndü

Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında 3 medal qazanan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, bir qızıl və iki bürünc medalla analoji yarışlarda ən uğurlu nəticəsinə imza atan klassik güləş üzrə yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların yaxınları qaşılayıb.

Federasiyanın vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə dəyərləndirib:

"Həsrət Cəfərov (67 kq) dünya çempionu oldu. Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medal qazandı. Federasiya rəhbərliyini, yığmanın məşqçilər korpusunu və idmançıların şəxsi məşqçilərini təbrik edirəm. Çox gözəl nəticələrdir. Ümumiyyətlə, bu il güləşçilərimiz dünya və Avropa çempionatlarında, Olimpiadada ölkəmizi layiqincə təmsil etdilər. Yeniyetmələrimiz tarixdə ilk dəfə komanda hesabında Avropa çempionu oldu. Gənclərdən ibarət millimiz qitədə 3-cü yeri tutdu. Kazanda ilk dəfə keçirilən MDB Oyunlarında komanda hesabında 3-cü olduq. Nəhayət, böyüklərin dünya çempionatında eyni nəticəyə imza atdıq. Bunların hamısı tarixi uğurlardır. Bütün bunlar federasiyaya yaxından kömək edən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həyata keçirilir. Bundan sonra da uğurlu nəticələr əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik". 

Baş məşqçi Aleksandr Tarakanovun fikirləri isə belə olub:

"Medallar qazandıq. Nəticə pis deyil. Ancaq səhvlərimiz də oldu. Daha keyfiyyətli güləş sərgiləməyik. Ancaq bu nəticələr gələcəyə nikbin baxmağa əsas verir. Heyətimizdə güləşçilərin orta yaş həddi 20 idi. Növbəti yarışlarda texniki və fiziki planda daha hazırlıqlı olacağımızı düşünürəm. Çünki yaxşı hazırlıq keçmək üçün rəhbərlik tərəfindən hər bir şərait yaradılıb".

U-23 dünya çempionatında qızıl medal qazanan ilk yunan-Roma güləşçimiz kimi adına tarixə yazdıran Həsrət Cəfərov qələbəsini belə şərh edib:

"Şükür Allaha, Vətənə qızıl medalla döndük. Bu il bizim üçün uğurlu il oldu. Ancaq səhvlərimiz var və onların üzərində işləməklə daha böyük uğurlara imza ata bilərik. Yarışa qızıl medal qazanmaq üçün yollanmışdım. Şükür Allaha, buna da nail oldum".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan yığması İslandiyanı məğlub etdi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X