Azərbaycan Güləş Federasiyasında (AWF) hesabat-seçki konfransı keçirilib.
Fanat.Az-ın məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib. O, Namiq Əliyevi əvəzləyib.
Qeyd edək ki, Namiq Əliyev 2018-ci ilin oktyabrından prezident əvəzi kimi çalışıb.