İstanbulda güləş üzrə ilin ilk reytinq yarışı olan Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə daha 4 yunan-Roma güləşçimiz mübarizə aparacaq. Bunlar Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə və Rafiq Hüseynovdur (hər ikisi - 82 kq).
Qeyd edək ki, turnirin ilk günündə xalça üzərinə çıxan "klassiklər"imizdən İslam Abbasov (87 kq) qızıl, Beka Kandelaki (130 kq) gümüş, Taleh Məmmədov (63 kq) bürünc medal qazanıb.