Azərbaycanın yunan-Roma güləşi millisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində komanda hesabında üçüncü yeri tutub.
Fanat.Az xəbər verir ki, yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vuran yığmamız 127 xal toplayıb. 205 xal toplayan Türkiyə birinci, Qazaxıstan 131 xalla ikinci olub.
Qeyd edək ki, ölkəmizə yarışın baş mükafatını İslam Abbasov (87 kq) qazandırıb. Gümüş medallar Sənan Süleymanov (77 kq) və Beka Kandelakinin (130 kq), "bürünc"lər isə Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov və Tuncay Vəzirzadənin (hər ikisi 82 kq) sayəsində hesabımıza yazılıb.