Dünya Güləş Birliyi (UWW) yeni reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın 14 təmsilçisi ilk "onluq"da yer alıb.
Yunan-Roma güləşi üzrə 82 kq-da lider dünya çempionumuz Rafiq Hüseynovdur. 33 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazandığı 77 kq-da yeddincidir.
Digər "klassiklər"imizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) 3-cü, Taleh Məmmədov (63 kq) 5-ci, Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) 7-ci, Həsrət Cəfərov (67 kq) - 9-cu, Beka Kandelaki (130 kq) 10-cudur.
Sərbəst güləşdə Hacı Əliyev (65 kq) və Osman Nurməhəmmədov (92 kq) 4-cü, Abubakr Abakarov (86 kq) 5-ci, Turan Bayramov (70 kq) 7-ci sırada yer alıb.
Qadın güləşçilərimizdən Alyona Kolesnik (59 kq) 7-ci, Mariya Stadnik (50 kq) 9-cu yerdə qərarlaşıb.