"Bu, hələ son deyil. Hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarıdır".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan sərbəst güləş millisinin üzvü Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.
Yarışda 65 kiloqram çəki dərəcəsində gümüş medal qazanan 31 yaşlı pəhləvan Macarıstan təmsilçisi İsmail Musukayevlə final görüşündə baş verənləri izah edə bilmədiyini bildirib: "Baş verənləri izah etmək çətindir. Nə qədər xal qazanacağını heç vaxt bilmirsən. Görüşə zehnən hazır idim. Güləş belədir. Daim qələbəyə köklənsən də, səni nələrin gözlədiyini bilmirsən".
Qeyd edək ki, Hacı Əliyev həm də üçqat dünya çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır.