Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Tatyana Rıjko ilə üz-üzə gəlib.
Rəqibinə 0:4 hesabı ilə uduzan Manolova gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında Avropa çempionu olub.
Yarış aprelin 3-də başa çatacaq.