21:52 03.04.2022 1011

Azərbaycan güləşçiləri Avropa çempionatını 16 medalla başa vurdu

Azərbaycan yunan-Roma güləşçisi Murat Lokyayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində rəqib avstriyalı Daniel Kastl olub. Rəqibinə 1:4 hesabı ilə uduzan Lokyayev 5-ci yeri tutub. 

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.   

Ümumilikdə isə Azərbaycan komandaları Avropa çempionatında 16 medal əldə edib. Sərbəst güləş millisindən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. 

*** 21:30

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi Gürcüstan təmsilçisi Gela Bolkvadze olub. 

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə Avropa çempionatının qızıl medalını qazanıb. 

Beləliklə, Azərbaycan yunan-Roma güləşi yığmasınım AÇ-də qazandığı medalların sayı 8-ə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvi Qənizadə (72 kq) bürünc medala yiyələnib.

*** 20:33

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə litvalı Kristupas Sleyva ilə qarşılaşıb. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə yarışın bürünc medalına sahib çıxıb.

Beləliklə, Azərbaycan yunan-Roma güləşi yığmasınım AÇ-də qazandığı medalların sayı 7-yə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Məmmədov (60 kq) və Həsrət Cəfərov (67 kq) bürünc medala yiyələnib.

Bu gün daha 2 yunan-Roma güləşçimiz medal qarşılaşmalarına çıxacaq. Rafiq Hüseynov (82 kq) finalda gürcüstanlı Gela Bolkvadze ilə, 97 kq-da çıxış edən Murat Lokyayev isə bürünc medal uğrunda Daniel Qastlla (Avstriya) üz-üzə gələcək. 

*** 20:00

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan yığması daha 2 bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, günün ilk medalını 60 kq çəki dərəcəsində Murad Məmmədov qazanıb. Məmmədov 3-cü yer uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.

67 kq-da yarışan Həsrət Cəfərov isə serbiyalı Sebastyan Nadla qarşılaşıb və dueldən 8:1 hesabı ilə qalib ayrılaraq Azərbaycan yunan-Roma güləşi millisinin hesabına 6-cı medalı yazdırıb.

Bu gün daha 3 yunan-Roma güləşçimiz medal qarşılaşmalarına çıxacaq. 72 kq-da yer alan Ülvi Qənizadə Kristupas Sleyva (Litva) ilə, 97 kq-da çıxış edən Murat Lokyayev Daniel Qastlla (Avstriya) bürünc medal uğrunda üz-üzə gələcək. Rafiq Hüseynov (82 kq) isə final qarşılaşmasına çıxacaq. Dünya və ikiqat Avropa çempionunun rəqibi gürcüstanlı Gela Bolkvadze olacaq.

Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.

***

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın bir yunan-Roma güləşçisi qızıl, dördü bürünc medal üçün mübarizə aparacaq.

82 kiloqram çəki dərəcəsində çıxış edən Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov final görüşünə çıxacaq. 34 yaşlı idmançı həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) ilə üz-üzə gələcək.

60 kq-da yarışan Murad Məmmədov bürünc medal uğrunda qarşılaşmada Razvan Arnaut (Rumıniya) - Helari Maigisalu (Estoniya) cütünün qalibi ilə, 67 kq-dakı Həsrət Cəfərov Sebastian Nadla (Serbiya), 72 kq-da yer alan Ülvi Qənizadə Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) cütünün güclüsü ilə güləşəcək.

97 kq-da çıxış edən Murat Lokyayevin 1/8 finalda uduzduğu finlandiyalı Arvi Savolaynen finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Lokyayev yunanıstanlı Laokratis Kesidislə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar.

Sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala yiyələnib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X