17:29 17.04.2022 500

Hacı Əliyev: "Karyeramı bitirəndən sonra mənim də filmim olacaq"

"Tələsmək istəmirəm, çünki yeni uğurlar qazana bilərəm. Yəqin ki, karyeramı bitirdikdən sonra mənim haqqımda da gözəl, tam fərqli bir film çəkiləcək".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) yunan-Roma güləşçisi Rafiq Hüseynova (82 kq) həsr olunan veriliş barədə danışarkən deyib.

Üçqat Avropa və üçqat dünya çempionu bildirib ki, bəziləri Hüseynovun həyatını bu filmdə gördü: "Amma mən onu 20 ildir tanıyıram. Hansı əziyyətləri çəkdiyini, hansı sınaqlardan keçdiyini gözümlə görmüşəm. Sevindirici haldır ki, həmin əziyyətlər öz bəhrəsini verdi. İdmançı üçün ən gözəl mükafatlardan biri olimpiya medalıdır ki, Rafiq bunu da əldə edib. Atasının onun üzərində necə durması və əziyyət çəkməsi hamımıza bəllidir. Doğrudan da sevinirəm ki, gec də olsa, belə gözəl nəticələr qazandı. Ona daha böyük uğurlar arzu edirəm".

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı karyerasını başa vuracağı vaxtı da açıqlayıb: "Paris olimpiadasından sonra karyeramı bitirəcəyəm. İdmanda müəyyən bir yaş var. Düşünürəm ki, karyeramı bitirməyin vaxtı çatacaq. Çünki 33 yaşım olacaq. Gənc idmançılara yol açmaq lazımdır. İdmandan qələbə ilə getmək istəyirəm".

Dövlət Sərhəd Xidmətində (DSX) çalışan Əliyev vaxtından əvvəl kapitan rütbəsi almasına da toxunub: "Mən həm də hərbçiyəm. İllərdir DXS-da zabit kimi çalışıram. Orada işlədiyim andan özümə qarşı diqqət-qayğını hiss etmişəm. Hər zaman işimlə bağlı mənə dəstək olublar, məşqlərimin dayanmaması üçün köməklik göstəriblər. Vaxtından əvvəl kapitan rütbəsi aldım. Xidmət rəisimiz Elçin Quliyevə təşəkkürümü bildirirəm. Artıq ikinci dəfədir mənə vaxtından əvvəl rütbə verir. Etimadını doğrultmağa çalışacağam. Sevinirəm ki, həm idmançı, həm də hərbçi kimi nəticələr qazanmışam".

Mənbə: Report.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X