Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə türkiyəli Tuba Demirlə qarşılaşıb. Rəqibinə 10:1 hesabı ilə qalib gələn Məmmədova qitə çempionu olub.
Bürünc medal görüşünə çıxan Əsmər Canqurtaran (50 kq) isə üçüncü yer uğrunda dueldə isveçrəli Svenya Yunqonu 16:11 hesabı ilə üstələyərək yarışın bürünc medalına sahib çıxıb.