12:37 04.10.2024 421

Azərbaycan klublarının oyun cədvəli bilindi

Azərbaycanın həndbol klublarının Avropa Kubokunda keçirəcəkləri oyunların proqramı açıqlanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Qadınlar arasında ölkə çempionu “Qarabağ” mübarizəyə 1/32 finaldan başlayacaq. İlk rəqib Lüksemburqun “Differdanj” klubu olacaq. Qarşılıqlı razılaşmaya əsasən, mərhələnin hər iki oyunu Bakıda baş tutacaq. Oktyabrın 5-də “AHF Arena” İdman Kompleksində keçiriləcək ilk matçda “Qarabağ” nominal meydan sahibi olacaq. Qarşılaşma saat 14:45-də start götürəcək. Bu komandaların cavab matçı isə oktyabrın 6-da, eyni saatda keçiriləcək.

Turnirdəki digər təmsilçimiz “Azəryol” da rəqibi ilə Bakıda, “AHF Arena”da qarşılaşacaq. Ukraynanın “Qaliçanka” klubu ilə matçlar oktyabrın 5-də və 6-da, saat 17:00-da reallaşacaq.

Qadınlar arasında Azərbaycan kubokunun qalibi “Kür” isə Yunanıstan təmsilçisi “İonias” ilə səfərdə üz-üzə gələcək. Oktyabrın 5-də Afinanın Gimnastika Arenasında keçiriləcək ilk matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək. Ertəsi gün bu komandaların dueli saat 17:30-da start götürəcək.

Kişi həndbolçulardan ibarət “Kür” klubu Avropa Kubokunda mübarizəyə “Parnassos Strovolu” komandası ilə oyunlarla başlayacaq. Kipr təmsilçisi ilə qarşılaşmalar Mingəçevirdə Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. İlk oyun oktyabrın 26-da, saat 17:00-da, cavab matçı isə bir gün sonra, saat 16:00-da keçiriləcək.

Kişilər arasında ölkə çempionatının gümüş mükafatçısı “Bakı” isə Monteneqronun “Lofçen Çetinye” komandası ilə hər iki matçı səfərdə keçirəcək. Oktyabrın 26-na və 27-nə təyin olunan qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

Facebookdan bizi izləməyi unutmayın.
X