Kişi həndbolçuların Azərbaycan kubokunda yarımfinal mərhələsi başa çatıb.
Fanat.Az Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci finalçı "Kür" və "Azəryol" arasında oyunda müəyyənləşib.
Fasiləyə 1 xal irəlidə yollanan (18:17) Mingəçevir klubu üstünlüyü əldən verməyib. Nəticədə 33:29 hesabı ilə qalib gələn “Kür” həlledici matça vəsiqə qazanıb.
Mingəçevirlilərin finaldakı rəqibi "Bakı" olacaq.