19:39 04.04.2020 134

İdmançılarımızdan karantində olan var?

2019-cu ilin sonlarında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus dünyada sürətlə yayılır. Hazırda 205 ölkədə qeydə alınan virusu martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edib. Son məlumata görə, COVID-19 infeksiyasına indiyədək yoluxanların sayı 1 130 000-i ötüb. Dünyada koronavirusa yoluxanlar arasında idman ictimaiyyətinin nümayəndələri də az deyil.

Bəs görəsən Azərbaycanda bu arzuolunmaz virusa görə karantin altına alınan idmançı və ya idman adamları varmı?

"Report" agentliyinin əməkdaşı bu sualla bir neçə məşqçiyə, bəzi federasiyalara, eləcə də Gənclər və idman Nazirliyinə müraciət edib:

Elnur Amanov (Taekvondo üzrə qadınlardan ibarət millinin baş məşqçisi və kişilərdən ibarət yığmanın köməkçi-məşqçisi): "Yığma üzvlərindən heç kimdə problem yoxdur, hər birinin səhhəti qaydasındadır. Martın əvvəllərində Niderlanddakı yarışdan qayıdanda hamı aeroportda yoxlanışdan keçdi və evə buraxıldı. Heç kim karantin altına alınmadı. Çünki həmin vaxt Niderlandda virus demək olar ki, yayılmamışdı. Sevindirici haldır ki, indiyə qədər heç bir idmançıda virus aşkarlanmayıb. Hamısı öz evlərindədirlər. Əlaqə saxlayırıq. Məşq edib, videolarını məşqçilərə atırlar, biz də baxıb tapşırıqlarımızı veririk. Nə vaxt icazə versələr, məşqlərə başlayacağıq. Hələ ki, federasiya bağlıdır”.

Şahin Xudaverdiyev (Karate üzrə kişilərdən ibarət millinin böyük məşqçisi): "İdmançılarımızdan heç kim xəstələnməyib, hər şey qaydasındadır. Martın əvvəlində Avstriyanın Zalsburq şəhərində yarışda olduq. Həm gedəndə, həm də gələndə xüsusi aparatlarla bizi yoxladılar. Avstriyada da yoxlanışdan keçdik. O vaxtdan bu yana 1 ay keçib. Sevindirici haldır ki, heç bir idmançıda problem aşkarlanmayıb. Nə isə olsaydı, çoxdan üzə çıxardı. Hər şey əladır. Uşaqlarla daim əlaqədəyik, deyirik ki, ora-bura getməyin. Özləri də karantin rejiminə ciddi əməl edirlər. Hamısı fərdi məşq edir. Azyaşlıları nəzarətdə saxlayırıq. Məşqlərini videoya çəkib, bizə göndərirlər. Əsas yığma komandadır. Formadan düşmək olmaz, hazır olmaq lazımdır. Yarışlar hər an başlaya bilər”.

Firdovsi Umudov (Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti): "İdmançıların hamısının səhhəti yaxşıdır. Koronavirusa görə heç bir problemlə üzləşməmişik. Heç kim karantinə alınmayıb. Hər biri öz evində fərdi qaydada məşqlərinə davam edir. İdmançılara xüsusi proqram vermişik, onun əsasında hazırlaşırlar”.

Nəriman Abdullayev (Boks üzrə Azərbaycan millisinin böyük məşqçisi): "Böyük Britaniyanın paytaxtı Londondakı Avropa Olimpiya Təsnifat Turnirindən qayıdarkən hamı hava limanında yoxlanıldı. Heç kimi karantin altına almadılar. Nə isə olsaydı, üzə çıxardı. Yenidən analiz götürüb-götürməyəcəklərini bilmirəm. Mənə bu barədə heç nə deyilməyib. Bütün idmançılar diqqət mərkəzindədir. Hamısı öz evində fərdi məşq edir. Legionerlər də Bakıdadırlar. Heç biri ölkəsinə qayıtmayıb. Ümumiyyətlə, kiminsə bunun üçün federasiyaya müraciət etdiyini də eşitməmişəm”.

Azərbaycan Boks Federasiyasından isə bildiriblər ki, Böyük Britaniyanın paytaxtı Londonda Avropa Olimpiya Təsnifat Turniri yarımçıq dayandırıldıqdan sonra Bakıya qayıdarkən komandanın hər bir üzvünün burnundan yaxma götürülüb: "Qaydalara uyğun olaraq və idmançıların sağlamlığı baxımından bu, çox vacib idi. Bizdə olan məlumata görə, hamıda testin nəticəsi neqativ çıxıb”.

Federasiyadan verilən məlumata görə, aprelin 15-də yenidən analiz verib, məşqləri qapalı şəraitdə bərpa etmək planlaşdırılsa da, hazırkı durum üzündən hazırlıq prosesi yenidən təxirə salınıb: "Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 20-dək hərəkət məhdudiyyəti tətbiq edib, həmçinin ölkədə bütün idman qurğularının işi dayandırılıb. Hər şey növbəti qərarlardan asılı olacaq. Yığma üzvləri digər idman növlərində olduğu kimi, evdə fərdi məşqlərlə kifayətlənirlər. Millimizin baş məşqçisi plan üzrə lazımı tapşırıqlarını verir, ehtiyac olduqda telefonla əlaqə də saxlayır. Bununla yanaşı, idmançılarımıza həkimimiz tərəfindən lazımı tövsiyələr verilib”.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova isə deyib ki, idmançılardan kimsə koronavirusa görə karantinə alınsa, o dəqiqə mətbuata məlumat verilər: "Beynəlxalq turnirlərdə iştirak edənlərin hamısı qayıdıb. Son olaraq, boksçularımız Londondan gəliblər. Tək idmançılar deyil, həmin reyslə gələn bütün vətəndaşlardan test götürüldü. Hələ bizi narahat edəcək halla rastlaşmamışıq”.

Koronavirus pandemiyasına görə bağlanan idman qurğuları barədə də danışan S.Məmmədova həmin obyektlərdə mütəmadi yoxlamaların aparıldığını bildirib: "Gənclər və İdman Nazirliyinin balansındakı bütün idman qurğuları müvəqqəti bağlıdır. Ona görə də həmin obyektlərə giriş-çıxış yoxdur. Əvvəlcədən dezinfeksiya işləri aparılmışdı. Mütəmadi olaraq, idman qurğularında yoxlamalar gedir. Bağlanmaq o demək deyil ki, tamamilə nəzarətsiz qalır. Nə zaman rəsmi qərar verilsə, qurğular həmin vaxt açılacaq”.
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2020
16:30

Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı

16:04

"Formula 1" üzrə Niderland Qran-prisi təxirə salındı - RƏSMİ

15:47

Mayk Tayson şou proqramda kütləvi dava saldı - VİDEO

15:42

“Qalatasaray” Azərbaycanı təbrik etdi

15:42

"Çelsi"nin futbolçusu Avropa nəhənglərinin "radar"ında

15:17

"Neftçi” və “Qarabağ”:100-dən çox böyükhesablı qələbə

15:12

"Şişirdilmiş" futbolçular - TOP-10

14:38

"Yuventus" Pyaniçə görə Frenki de Yonqu "Barsa"dan istəyir

14:10

Makqreqor titul döyüşünə çıxmayacaq - UFC prezidenti icazə vermədi

13:40

"Atletiko"nun daha bir oyunçusu sıradan çıxdı

13:15

MY transferlər üçün kredit götürdü - 140 milyon

13:14

"9 aylıq hamilə olanda..." - FOTOLAR

12:44

Beyl "Real"da qala bilər

12:36

"Qarabağ"ın adı ilə süni manipulyasiya edilir"

12:30

"Şalke"nin növbəti məğlubiyyəti - VİDEO

11:51

4 qol vuruldu, "Layptsiq" xal itirdi - VİDEO

11:43

“Qarabağ”a gəlmiş gözəlçə indi modellik edir - FOTOLAR

11:05

Ən sürətli futbolçu - Əşrəf Hakimi (SIRALAMA)

10:57

Avropanın məşhur klubunu almaq istəyən azərbaycanlı iş adamı kimdir?

10:47

"Qəbələ"nin futbolçusu: "Məşq edəndə kökəlirəm"

10:27

"Barselona" yox, "Real" lider olsaydı, La Liqanı erkən bitirərdilər"

10:20

Ulduz futbolçunun xanımından açıq-saçıq görüntülər - FOTO/VİDEO

09:35

"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi

09:29

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

09:17

Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi

08:59

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

00:47

Bundesliqa: "Şalke 04" yenə uduzdu, "Layptsiq" evdə xal itirdi

27 May 2020
23:44

Fransa çempionatı ilə bağlı çıxarılan qərar dəyişdirildi

22:38

Kimmixdən yeni rekord

20:02

Bundesliqa klubu hücumçusunu itirdi

19:30

"Barselona", yoxsa "Yuventus"? - Qərarını verdi

18:25

NHL-də pley-off cütləri müəyyənləşdi

17:41

Balotelli əsas komandanın məşqlərində iştirak etmir

17:27

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı

17:18

"Avropa çempionatı və Çempionlar Liqasını qazanmaq istəyirəm" - Mbappe

16:35

Premyer Liqa klubları təmas məşqlərinə başlayır

16:21

Mourinyu məşq zamanı niyə velosiped sürüb? - ÖZÜ DEDİ

16:08

"Real" koronavirus qurbanlarını belə yad etdi - VİDEO

15:34

Almaniya Kuboku: Yarımfinalların vaxtı açıqlandı

15:10

"Nyukasl" Koutinyuya görə "Barsa" ilə danışıqlara başladı

15:05

Hər kəsin bildiyi, Elxan Məmmədovun görmədiyi – HƏQİQƏT

14:40

"Sabah"ın yeni transferi nə qədər maaş alacaq?

14:24

Millidən göndərilən xorvat: "Ən layiqli namizədlər Qurbanovla Sadıqovdu"

14:05

Afrika Millətlər Kuboku təxirə salınır

13:38

"Neftçi" rəhbərliyi çətin durumda

13:30

İngilis futbolçu 23 yaşında dünyasını dəyişdi

13:10

Demiral yaşıl meydanlara qayıdır

12:58

Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO

12:36

Rəhmanoviç "Qarabağ"a gəlir? - AÇIQLAMA

12:30

Flik Quardiolanın rekordunu təkrarladı

12:11

Ulduz futbolçu "Real"ı əzəli rəqibinə dəyişmək istəyir

12:05

Mbappe bu futbolçulara pərəstiş edir - ADLAR

11:51

"Qarabağ" milli üzvünü transfer edir?

11:40

"Realist olmaq lazımdı: "Bavariya" çempion olacaq"

11:23

Məmmədovun klubları və Azərbaycan klubları - AYRISEÇKİLİK

11:05

NHL qayıdır: Mövsümün bərpa planı açıqlandı

10:51

Nigeriyalı futbolçu pasportunu yeniləmək üçün Azərbaycana gəlir

10:43

Kamil Zeynallı: “Gülay ağlayaraq soruşdu ki...” - FOTO

10:35

"Real"da yeni müqavilə

10:22

"Formula 1"in avtomobil istehsalçısı "McLaren"də kütləvi ixtisar

10:09

Maykl Essyen karyerasını "Səbail"də bitirəcək

09:30

A Seriyasının rəhbərliyi klublarla çempionatın bərpa tarixini razılaşdırdı

09:00

"Bavariya"nın "Borussiya" üzərində qələbəsi - VİDEO

08:20

Ronaldunun sevgilisi "Women's Health"ın üz qabığına belə düşdü - FOTO

01:00

Dmitri Nazarov 4 qol gördü

00:30

Bundesliqa: "Bavariya" Dortmund səfərindən qalib döndü

26 May 2020
23:07

Millimizin üzvü "quru" darmadağına sevindi

22:10

Fərid qələbə qazandı, bəs Samir hanı?

21:54

Serbiya mətbuatı Stamenkoviçin xeyirxahlğından yazdı

19:20

Zidan Poqbadan əl çəkmir

Facebookdan bizi izləməyi unutmayın.