14:30 26.12.2019 1193

İlham Əliyev: “Mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram”

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını idmanla məşğul olmağa çağırıb.

Fanat.Az xəbər verir ki, 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimində çıxış edən Prezident bildirib: "Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcək. Mən ümid edirəm ki, biz buna nail olacağıq. Çünki başqa sahələrdə mənim tövsiyələrim artıq həyatda öz əksini tapır. Bəlkə də indi siz yaxşı xatırlayırsınız ki, rayon mərkəzlərində və kəndlərdə yeni xəstəxanaların, tibb ocaqlarının açılışı zamanı mən dəfələrlə eyni məsələyə qayıdıb tövsiyə edirdim ki, hər bir vətəndaş ildə bir dəfə tibbi müayinədən keçsin və bilsin, onun sağlamlığı, səhhəti nə yerdədir. Əgər hər hansı bir xəstəliyin ilkin təzahürləri varsa, dərhal müalicə alsın və sağalsın. Bütün şəhərlərdə, rayonlarda müasir, özü də ən yüksək dünya standartlarına cavab verən tibb mərkəzlərimiz yaradılandan sonra artıq bu prosesə daha çox meyil göstərilir. Ondan sonra biz bunu mütəşəkkil qaydada icra etməyə başladıq. Artıq bir neçə ildir ki, böyük maarifləndirmə və təbliğat işləri apararaq vətəndaşların pulsuz müayinədən keçmələri üçün imkanlar yaratdıq. Bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçibdir. Orada müayinədən keçən vətəndaşların əgər hər hansı bir xəstəliyi olarsa, dərhal müalicə edilir. Əgər rayon şəraitində buna imkan yoxdursa, Bakıya göndərilir və beləliklə, insanlar öz səhhətini qoruyurlar. Biz buna nail olmuşuq və deyə bilərəm ki, Azərbaycan bəlkə də dünyada dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir. Əminəm ki, mənim hər bir insanın fiziki imkanlarına uyğun olaraq idmanla məşğul olması barədə tövsiyəm də həyatda öz əksini tapacaq. Onda hər bir insan görəcək ki, bunun nə qədər böyük faydası var”.

Dövlət başçısı bizim idman şöhrətimizi yüksəklərə aldıran görkəmli idmançılarımıza da tövsiyə edib ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər: "Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsinlər. Bilirsiniz ki, çoxdandır mənim təşəbbüsümlə biz ictimai istirahət zonaları yaradırıq. Artıq parklar, bağlar şəhəri olan Bakı bu baxımdan dünyada qabaqcıl yerlərdədir. Baxın, son vaxtlar Bakı şəhərində nə qədər ictimai istirahət zonaları yaradılıb. Sovet vaxtından qalan bütün ənənəvi parklar ən yüksək səviyyədə yenidən quruldu. Vaxtilə dağılmış, guya fəaliyyət göstərən, əslində, ekologiyamıza ziyan vuran sənaye müəssisələrinin yerində bir çox yeni parklar salındı. Sonra mənim göstərişimlə bu ictimai parklarda açıq havada idman qurğuları quraşdırılmağa başlanmışdır. İndi "Abad həyət” proqramı icra edilir. Artıq Bakı şəhərində onlarla həyət abadlaşdırılıb. Orada idman meydançaları, o cümlədən trenajorlar quraşdırılıb. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq.

Ona görə görkəmli idmançılara müraciət edərək onları bu işə dəvət edirəm. Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər. Düzdür, bizim bəzi televiziya kanallarında aerobika, başqa fiziki fəallıqla bağlı verilişlər var. Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, ancaq buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaq”.

Fanat.Az 
Oxşar xəbərlər

Xəbər lenti

20 Sentyabr 2020
20:30

Rəşad Sadıqov: "Məğlubiyyətlər qaçılmazdı"

20:27

"Qarabağ" - "Neftçi" oyununda 3 dəqiqəyə 2 qol - YENİLƏNİR

20:15

"Sabah"ın baş məşqçisi: "Avrokuboklar uğrunda mübarizə apara bilərik"

18:32

Azərbaycan Kubokunun TƏQVİMİ

18:28

Azərbaycan Premyer Liqasının tam TƏQVİMİ açıqlandı

17:50

Millimizlə oyunu buraxan futbolçu koronavirusu yendi

17:15

Çempionlar Liqası yeni formatda keçirəcək

16:49

"Səbail"in qapıçısı: “Azərbaycanda quzu əti çox yeyirlər”

16:18

“Neftçi” Türkiyədə və dünyada tanınan komandadır" - Mert Çelik

15:55

Olimpiyaçılar arasında yarış keçirildi

15:37

Asim Xudiyev Avroliqa oyununda

15:16

Azərbaycanın MMA döyüşçüsündən qələbə - VİDEO

14:59

“Qarabağ”ın potensial rəqibi uduzdu

14:34

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

14:14

Sumqayıtda "Şən startlar" yarışı keçirildi

13:58

"Barselona" mövsümə kubokla başladı

13:35

Günün oyunları bu kanallarda - AFİŞA

13:12

Dünya çempionatı ilə bağlı açıqlama yayıldı

12:53

Türkiyə millisinin üzvü İngiltərə Premyer Liqasında - RƏSMİ

12:30

Nəbiyevin komandasının "tilsim"i qırıldı

12:06

“Fənərbaxça”dan daha bir transfer - RƏSMİ

11:50

Millimizin baş məşqçisi: "Lazım olan şərait yaradılıb"

11:31

Dəhşətli yol qəzası: 8 futbolçu öldü, 4-ü yaralıdı

11:15

Cazibədar idmançı gizli FOTOLARını çəkən gəmi kapitanını ifşa etdi

10:56

"Kəpəz" "Turan Tovuz"la heç-heçə etdi

10:32

Qaret Beylin yeni klubu rəsmən açıqlandı - 20 milyon avro...

10:08

Nurlan Novruzovun komandası məğlubiyyətə üzüldü

09:47

Paşayev oynadı, komandası uduzdu

09:29

"Liverpul"dan yeni transfer

09:00

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

19 Sentyabr 2020
22:11

"Sumqayıt"ın qələbə qazandığı oyun - VİDEO

21:54

“İmamverdiyev öz üzərində işləsə, ...” – Ayxan Abbasov

21:50

"Səbail" yaşayarsa, ..." - Aftandil Hacıyev

21:11

"Sumqayıt"dan qələbə, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi

20:17

Qəbələdə qolsuz heç-heçə - VİDEO

20:06

“Onunla söhbətimiz olacaq” – Elmar Baxşıyev

19:51

Yunis Hüseynov: "Cavid özü xahiş etdi ki, ..."

17:47

"Qalatasaray"ın yetirməsi rəsmən "Neftçi"də

16:08

Levandovski dələduzluqda ittiham olunur

15:07

"Qarabağ" - "Neftçi" oyununa hakim təyinatı

14:39

"Əminəm ki, federasiya lazımi dəstəyi göstərəcək" - Millimizin üzvü

14:14

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdu

13:53

Hacı Əliyev: "Bu, bizim üçün mənfi haldır"

13:31

17 gün əvvəl satdıqları hücumçunu yarım milyon avro bahasına aldılar

13:02

Azərbaycanlı federasiya prezidetinin oğlu 2,1 milyon manat borca düşdü - FOTOFAKT

12:43

Millimizin baş məşqçi: "Güləşçilərimizin hamısı hazırdır"

12:19

Tahir Gözəl: “Qarabağ”sız Qurban, Qurbansız “Qarabağ” olmaz"

11:52

Ronaldo “dünyanın ən yaxşı bombardiri“ seçildi

11:36

"Legiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

11:14

Şahmatçımızdan uğurlu nəticə

10:55

Gizlicə özündən 10 yaş balaca idmançıya ərə getdi - 3-cü dəfə

10:47

"Qəbələ"dən Polşa klubuna keçid

10:31

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

10:12

"Neftçi" - "Qəbələ" oyununun "Dalğa Arena"da keçirilmə səbəbi

09:37

"Qarabağ"ın oyununun vaxtı açıqlandı

09:00

Cazibədar taekvondoçu Hollivuddan təklif aldı - FOTOLAR

00:23

"Fənər" braziliyalı oyunçusunu satdı - RƏSMİ

00:10

Kamranın komandasına divan tutdular

00:01

Türk futbolçu İtaliya klubunda - RƏSMİ

18 Sentyabr 2020
22:23

Asim Xudiyev Avroliqa matçına təyinat aldı

21:20

Nağıyev darmadağına sevindi

21:03

"Beşiktaş" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ

19:39

İquayn ABŞ klubunda - RƏSMİ

17:53

"Zirə"nin fəxri prezidenti: “Hədəfimizə doğru səbrlə irəliləyəcəyik”

17:22

"Başakşəhər"in futbolçusu "Neftçi"də

17:21

Azərbaycan Premyer Liqası: IV turun oyun proqramı

16:54

Amil Yunanov yeni klubda

16:27

"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi

16:03

Elxan Məmmədov səfir ilə görüşdü

15:43

ASTB-nin yeni rəhbərliyi müəyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.