18:41 01.04.2015 90

Çingiz Abdullayev: "Elə bilirsiniz ki, nazirlər məndən az işləyir?

Xalq yazıçısı, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Azadlıq Radiosu"na müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.


- Çingiz bəy, "Neftçi" klubunun rəhbərliyinə gətiriləcəyinizlə bağlı xəbər sosial şəbəkələrdə "yazıçı-futbol" konteksti altında şərh edildi. "Neftçi"yə rəhbərlik təklifinə sizin münasibətiniz necə oldu?

- Mən axı qapıda dayanmayacağam, meydançaya çıxıb oynamayacağam, ya məşqçilik etməyəcəyəm. Müşahidə Şurasının sədri ona görə oldum ki, "Neftçi"ni dünyada təmsil edim, bacardığım qədər kömək edim. Buna görə ora getmişəm. Elə bilirəm ki, hər bir azərbaycanlı hansı sahədə kömək edə bilirsə, əsirgəməməlidir. Bu baxımdan, razılıq verdim. 


İkincisi də, mən futbolu çox sevirəm. Tələbə vaxtı hüquq fakültəsində 5 il futbol komandasının prezidenti olmuşam. Yəni, işdən xəbərim var. Düzdür, bu, böyük səviyyədə deyildi, amma yenə də futboldan başım çıxırdı. O vaxt uğurlarımız da olmuşdu, tələbələr arasında yarışların qalibi olurduq. Mənə Müşahidə Şurasının rəhbərliyini təklif edəndə dedilər ki, yeniliklər olacaq, komandanın səviyyəsini qaldırmaq, beynəlxalq arenaya çıxması üçün istədiyin işi görə bilərsən. Həmişə mənə təsir edirdi ki, niyə Zaqafqaziyanın komandalarının uğurlu çıxışları olur, amma bizimkinin yox. Niyə bizim futbolun da uğuru olmasın? Baxın, idmanın başqa sahələrində uğurlarımız, çempionlarımız var. İstəyirəm, bu, futbolda da təkrarlansın. Mən "Neftçi"də kitab yazası, yazıçılıq edəsi deyiləm ki. Nə də gedib məşqçilik edəsiyəm. Sadəcə, Şuranın sədri olacağam və bizdə hər şey şəffaflığını qoruyacaq. Maaşlar, qonorarı, komandanın işi, hər şey şəffaf, açıq olacaq.


- Sizə deyiblər ki, komandanı qaldırmaq üçün istədiklərinizi edə bilərsiniz. Siz nə etmək istəyirsiniz?

- Yazıçılar Birliyinə gələndə 29 yaşım var idi, hüquqşünas idim və bir gün də olsa Yazıçılar İttifaqında işləməmişdim. Mən Süleyman Rüstəm, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Osman Sarıvəlli, Cabir Novruz, Balaş Azəroğludan necə işləməyimlə bağlı məsləhət alırdım. İndi də belə... Adam hesab etməməlidir ki, hamıdan ağıllıdır. Təbii ki, qocaman futbolçuları, məşqçiləri, ömür boyu futbolla məşğul olan adamları yığıb onlardan məsləhət alacağam ki, necə edək. Lazım olsa, xarici ölkələrə gedərəm, onlardan öyrənərəm, lazım olsa, bir peşəkarı köməkçi götürərəm. Yəni, mən peşəkarlarla məsləhətləşib qərar verəcəyəm. ​


- Bəs sizcə, konkret nə etmək lazımdır ki, "Neftçi" daha yüksək yarışlara qatıla bilsin?

- Mən əvvəlcə komandanın oyunçuları ilə görüşəcəyəm. Görünür, dəyişikliklər olacaq, təbii ki, komanda dəyişməlidir, daha uğurlu çıxışlar etməlidir. Amma indidən heç nə deyə bilmərəm. Axı bu komandanın əfsanəsi var. Bu komanda 60-70-ci illərdə doğulub, uğurlar qazanıb. O vaxtlar SSRİ miqyasında bizim də "Neftçi"miz var idi. Cavan vaxtımızda gedib baxırdıq oyunlarına, azarkeşlik edirdik. Təbii, istərdim ki, Azərbaycanın bütün futbol komandaları uğurlar qazansınlar, ancaq ilk növbədə «Neftçi»nin səviyyəsi qaldırılmalıdır. Çünki Azərbaycanda futbol "Neftçi" ilə bağlı olub. Yadımdadır ki, o vaxt hücumçular Banışevski, Markarov, Tuayev gələndə necə sevinirdik. İstəyirəm ki, indi "Neftçi"nin də oyunçularını görəndə adamlar beləcə sevinsin. 


- Siz həm Yazıçılar Birliyində vəzifə tutursunuz, həm məhsuldar yazıçısınız, üstəgəl də futbol. Bütün bu işləri çatdıra biləcəksinizmi?

- Çatdıraram. Bizim idman sahəsində o qədər adam var ki, həm federasiya sədridir, həm də nazirdir. Siz elə bilirsiniz ki, nazirlər məndən az işləyir? Məsələn, Şahmat Federasiyasının rəhbəri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur. Elə bilirsiniz bankda iş azdır? Ya bizim hörmətli Kəmaləddin Heydərov neçə illər Taekvando Federasiyasına rəhbərlik elədi. Məgər Fövqəladə Hallar Nazirliyində iş azdır? Təbii ki, orda iş Yazıçılar İttifaqındakından milyon dəfə çoxdur. Amma görünür ki, kömək lazımdır. Hər bir azərbaycanlı düşünməlidir ki, ölkənin təbliğatı üçün nə etsin, idmanını qaldırmaq üçün hansı işi görsün. Hər birimiz fikirləşməliyik ki, Azərbaycandan tələb etmək əvəzinə biz nə edə bilərik. İnandırım sizi, hərə bir az töhfə versə, hamımız üçün yaxşı olacaq.​


Fanat.az

Oxşar xəbərlər

Xəbər lenti

12 İyul 2020
22:25

"Zenit"dən transfer bombası - SON DƏQİQƏ

19:12

"Arzum Zidanı və Ronaldunu klubumuzda görməkdi"

18:35

"Qəbələ": 66 oyun, 36 qələbə

18:20

"Sabah"da yeni təyinatlar - RƏSMİ

17:27

Ronaldinyo ev dustaqlığından çıxdımı? - SON DURUM

16:50

İsveç çempionu "Qarabağ"a rəqib ola bilər

15:57

"Zirə"legionerini yola saldı

14:35

"Qalatasaray"dan transfer bombası - Dünya ulduzu gəlir

13:48

Azərbaycanda sabiq klub prezidenti 270 min dollarlıq iddia qaldırıb - Hər ay 42833 dollar alacaq

13:05

Rus hakim Latviyada saxlanıldı - SƏBƏB

12:57

"Sumqayıt"da yeni müqavilə

12:33

Pyotr Yan UFC çempionluğunu belə qazandı - VİDEO

12:01

Rafael Ağayev: "Hələ şou-biznesə keçmək fikrim yoxdur"

11:52

Azərbaycanlı futbolçuların komandası uduzdu

11:50

Aygünün qızı ilə görüntüsü yayılan futbolçu sevgilisilə şəkil paylaşıb bu sözləri yazdı - FOTOLAR

11:45

Millimizin yeni məşqçisi: "Bu, bizim üçün yeni bir mərhələ olacaq"

11:26

Dabo “Neftçi”yə təşəkkür etmədi - FOTOFAKT

11:15

Gənc futbolçu qəzada öldü

09:00

Komandası qələbə qazandı, Nurlan isə...

08:20

Məşhur idman dərgisindən şok addım: İlk dəfə trans model... - FOTOLAR

01:48

La Liqa: "Barsa" və "Atletiko" tək qolla qazandı

01:30

A Seriyası: "Roma" səfərdə coşdu

01:00

Messi yeni rekord müəyyənləşdirdi

00:05

Türkiyə Superliqası: "Göztəpə" evdə uduzdu

11 İyul 2020
22:30

"Traktor" səfərdən xalla qayıtdı

22:19

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

22:15

İngiltərə Premyer Liqası: "Çelsi"ni "kötəklədilər"

22:14

“Neftçi”nin transfer yalanı - Dario Frederiko düyünü

21:30

Yeni transfer "Çelsi"yə qoşuldu - FOTO

20:25

Premyer Liqa matçında poker etdi - Son 39 ildə ilk dəfə (VİDEO)

19:10

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

18:46

"Neftçi"nin sabiq vitse-prezidenti vəfat etdi - Koronavirusdan

18:15

La Liqa: "Barselona" növbəti matçına çıxır

17:37

"Barselona" Braziliyadan 19 yaşlı oyunçu aldı

17:13

Halep avqustda İtaliyada korta çıxacağını təsdiqlədi

17:05

Azərbaycanlı karateçi: "Messi Allahın bəlasıdı"

16:57

Rafael Ağayev Rusiya millisindən təklif alıb

16:45

De Bröyne "Mançester Siti" ilə bağlı qərarını verdi

16:12

"Neftçi" Dabonun mükafatlarını Kiprə göndərir - FOTO

15:52

"Beş əvəzetmə" qaydasının müddəti uzadılır? - FIFA prezidentindən açıqlama

15:34

Bundesliqanın ən yaxşı 5 yarımmüdafiəçisi - VİDEO

14:52

Prezident seçilsə, Setyeni "Barselona"dan göndərəcək

14:25

Dünya çempionu vəfat etdi

13:57

Futbolçu klub işçisi ilə dalaşdı, xəstəxanalıq oldu

13:49

Canni De Byazi: "Azərbaycana pul üçün gəlmirəm"

13:35

Gürcü idmançıdan Şengeliyaya dəstək: "O, bizim bütün xərclərimizi qarşılamışdı"

12:54

Kontenin əvəzinə Alleqri - Şok iddia

12:02

"Çelsi"də ayrılıq - "Tottenhem"ə keçir

11:53

Forza azzerri!

11:31

Zidan: "Hakim penalti təyin edibsə, deməli, penalti var"

11:16

Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

10:45

"Real"da ciddi itki: Mövsümü "bağladı"

10:34

Canni De Byazinin Azərbaycana gəlişinə nazir kömək edəcək

10:30

"Mən heç onun kim olduğunu bilmirəm" - İbrahimoviç Ranqniki tanımır

09:49

De Byazidən gözlənilməz qərar: Alban futbolçunu millimizə gətirir

09:45

Kurtua yenə qol buraxmadı - Rekorda doğru

09:20

"Real" çempionluğa daha bir addım yaxınlaşdı - VİDEO

08:20

Olimpiya çempionu təqibçilərini belə coşdurdu - FOTO

10 İyul 2020
23:10

Türkiyə millisinin üzvü iş yerini dəyişdi

22:31

"Neftçi" Fəhmini qaytardı - RƏSMİ

21:20

"Barselona" Jordi Albanın əvəzedicisini tapdı - İngiltərədə

21:00

"Neftçi" legioneri ilə vidalaşdı - RƏSMİ

20:30

Bundesliqa bu tarixdə başlayacaq

19:20

"Real"ın futbolçusu La Liqada ayın oyunçusu seçildi

18:15

"Liverpul"un ulduzu üçün mövsüm bitdi

17:39

Qurban Qurbanov niyə əcnəbi qapıçı istəməyib? - SƏBƏB

17:31

Lempard və Sulşeri qabaqladı, Premyer Liqada ayın məşqçisi seçildi

17:15

Gürcüstan prezidenti Şengeliyanın TsSKA-ya keçidinə qarşı çıxdı: "Bu, qəbuledilməzdi"

17:00

AFFA millinin baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

16:43

"Mançester Yunayted"in futbolçusu Premyer Liqada ayın oyunçusu seçildi

Facebookdan bizi izləməyi unutmayın.